Dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu neft-qaz sektorunun hesabınadır
2016-cı ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsində neft-qaz gəlirlərinin payı 1 mlrd 991,3 mln manat və ya 54,14% olub. Neft $100-110 olanda bu göstərici 72-73% idi.
Bu ilin yanvar-martında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 mlrd 678,1 mln manat (proqnoza 103% əməl edilib), xərclər 2 mlrd 623,5 mln manat (73,3%) təşkil edib. Bu barədə Turan Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Dövlət Neft Fondundan transfertlər 1 mlrd 660 mln manat olub. Dövlət büdcəsinin gəlirlərində ARDNF-nin payı 45,1% təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə mədaxil 1 mlrd 542 mln manat (101,4%), o cümlədən neft sektorunda 331,3 mln manat olub. Gömrük Komitəsinin xətti ilə büdcəyə 416,9 mln manat (proqnoza 114,8% əməl edilib) daxil olub.
* 2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 mlrd 822 mln manat, xərcləri 18 mlrd 495 mln manat, kəsir 1 mlrd 673 mln manat və ya ÜDM-in 2,9%-i proqnozlaşdırılıb. Büdcədə neftin barreli $25 götürülüb. –12В--
-
- İqtisadiyyat
- 7 Aprel 2016 10:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz