Dövlət dərmanların qiymətini tənzimləyəcək
Prezident İlham Əliyev fevralın 2-də «Dərman preparatları haqqında» qanuna dəyişiklik edilməsi haqqında AR qanununun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əlavələr dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini nəzərdə tutur.
Qanun dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsini təmin edəcək. Dövlət başçısı Nazirlər Kabinetinə bir ay müddətinə qiymətlərinin tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb təqdim etməyi tapşırıb. «Dərman preparatları haqqında» qanun 22 dekabr 2006-cı ildən qüvvədədir. Dövlət tənzimləməsi əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması, dərman vasitələrinin dövlət qeydiyyatı, dərman vasitələrinin sertifikatlaşdırılması;
dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsindən ibarətdir.
Dövlətstatkomun məlumatına görə, 2013-cü ildə dərmanların pərakəndə qiyməti 0,4%, 2014-cü ildə 0,1% bahalanıb.
Ötən il rəsmi dərman idxalı həcmi $225,9 mln olub. Bu, 2013-cü ildəkindən 9,6% azdır. Azərbaycandan $12 mln manatlıq dərman ixrac edilib. Bu, əvvəlki ildəkindən 3,4 dəfə çoxdur. 08D
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz