Bələdiyyələrin fəaliyyəti şəffaf olacaq
“Bələdiyyələrin statusu haqqında” qanuna düzəlişlər təsdiqlənib. Ötən gün ölkə prezidenti müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, dekabrın 16-da Milli Məclis böyük səs çoxluğu ilə dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə görə, bələdiyyələrə vergi və digər ödənişləri nağd formada qəbul etmək qadağan olunub. Ödəniş operatoru kimi yerli banklar, milli poct rabitəsi operatoru və nağdsız hesablaşma ilə fəaliyyət göstərən vasitələr göstərilib.
Qanunun 43-cü maddəsinə edilən dəyişikliyin mətni belədir: “Yerli vergilərin və ödənişlərin köçürülməsi banklar, poçt rabitəsi operatorları və digər nağdsız ödəniş vasitələri ilə həyata keçiriləcək. Bələdiyyələrə yerli vergilərin nağd ödənişini qəbul etmək qadağan olunur”.
Düzəlişlər bu ilin əvvəlindən qüvvəyə minib.--17D—
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:41
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz