Auditorlar Palatasının planları
Auditorlar Palatasının 2015-ci il üçün planları açıqlanıb.
Qurumun saytında deyilir ki, fevralın 13-də ``Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi şəraitində konsilidə edilmiş hesabatın auditinin xüsusiyyətləri`` mövzusunda seminar keçiriləcək.
Bu il 15 müxtəlif seminar, konfrans, dəyirmi masa planlaşdırılıb. Mayın 7-8-də Kiçik və orta müəssisələrdə ``Beynəlxalq Maliyyə Hesabatı və Audit Standartlarının tətbiqi: problemlər və perspektivlər`` mövzusunda elmi-praktik konfrans keçiriləcək. Auditor fəaliyyətinin müasir vəziyyəti, meylləri və praktiki aspektləri sentyabrın 8-də, auditdə dempinq sentyabrın 22-də müzakirə olunacaq.
AAP noyabrın 6-da ``Azərbaycan iqtisadiyyatında investisiya cəlb ediciliyinin yüksəldilməsində məcburi auditin rolu və əhəmiyyəti`` mövzusunda konfrans keçirəcək. ``2014-cü il üzrə illik maliyyə hesabatlarının auditinin həyata keçirilməsi üzrə auditorlara tövsiyyələr`` mövzusunda dəyirmi masa isə 20 noyabr 2015-ci ildə olacaq. --17D—
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:29
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz