Mal ətinin ucuzlaşması ictimai iaşəyə təsir edə bilər
Son ayda mal əti 15% ucuzlaşıb. Ekspertlərə görə, vəziyyət may ayında dəyişəcək.
Hazırda Bakıda 1 kq mal əti 7.7,5 manat, rayonlarda 5-6 manatdır. Uzun illər qiymət 9 manat olub. Qiymətin ucuzlaşmasının əsas səbəbi quraqlıqla bağlı yemin bahalanmasıdır. Məsələn, 1 ot presi payızdan 5 manatdır. Bir malın yem xərci 200 manata çatır. Bu isə 1 il öncəkindən 4 dəfə çoxdur. Ona görə fermerlər malı kəsir.
İqtisadçı Qubad İbadoğlunun fikrincə, ucuzlaşmanın səbəblərindən biri tələbatın azalmasıdır. Təklif RF və Gürcüstandan idxal hesabına artır. 2014-cü ildə ət idxalı 28,2% artıb. İdxalçılar ət gətirməyə $20 mln xərcləyib. İbadoğlu hesab edir ki, mal ətinin qiymətinin ucuzlaşmasının səbəbləri sırasında ehsan qadagası və əhalinin alıcılıq qabiliyyətinin azalmasını da göstərmək olar.
Əgər mal ətinin qiyməti bir ay bu səviyyədə qalsa, ət məhsulları, ictimai iaşə xidməti də ucuzlaşa bilər.
Dövlətstatkoma görə, 2014-cü ildə diri çəkidə ət istehsalı 505,5 min ton olub. Bu, əvvəlki ildəkindən 1,6% çoxdur. Mal ətinin payı xalis çəkidə 125 min tondur.
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz