Qaz layihələri çərçivəsində yaradılan QSC-nin nizamnamə kapitalı üç dəfə artacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat verib ki, “Cənub Qaz Dəhlizi” QSC nizamnamə kapitalını üç dəfə - $300 mln.-a qədər artıracaq.
Nizamnamə kapitalının artırılması səhm nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Səhmlərin nominalı $1 mln.-dan $3 mln.-a qədər artacaq..
Qeyd edək ki, Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, TANAP və TAP qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Cəmiyyətin kapitalında ARDNŞ 49%, dövlət 51% pay sahibidir. Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. Vəsaitlər qaytarılmaq şərti ilə verilir. –12D--
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz