ARDNŞ-nin Supsadan neft ixracı 21,4% azalıb, Novorossiyskdən ixrac iki dəfə artıb
Dövlət Neft Şirkəti 2015-ci ilin yanvarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 254,107 min ton Azərbaycan nefti ixrac edib.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin yanvar ayında ARDNŞ Supsa limanından 322,966 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ildə Supsa limanından ixrac həcmi 21,4% azalıb.
Ötən il ARDNŞ Supsa limanından 2 mln 957,39 min ton Azərbaycan nefti yola salııb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Ötürmə qabiliyyəti ildə 7,5 mln tondur.
ARDNŞ 2015-ci ilin yanvarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 169,507 min ton neft yola salıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Xəbər verildiyi kimi, ARDNŞ və Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb. 2014-cü ildə ARDNŞ Novorossiysk limanından 932,155 min ton neft yola salıb. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. –12D--
-
- İqtisadiyyat
- 4 Fevral 2015 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz