Dövlət investorlara 52 daşınmaz əmlak obyekti təklif edir
Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 17-də 52 daşınmaz əmlak obyektinin: qeyri-yaşayış sahələri, istehsal və ticarət obyekti, yarımçıq tikililər və s satışı üzrə hərrac elan edib.
32 obyekt hərraca ilk dəfə çıxarılır, onların 24-ü Bakıdadır. 20 obyekt investorlara təkrar təklif edilib, deyə qurumun mətbuat xidməti bildirir.
Maraqlıdır ki, satışa çıxarılan 32 obyekt əvvəlkindən daha ucuz qiymətə təklif edilir. Ekspertlər qeyd edir ki, bir sıra dövlət obyektləri məhz yüksək start qiyməti üzündən alıcı tapmır. Ona görə ehtimal etmək olar ki, üçüncü təkrar hərracda start qiyməti 10% ucuzlaşdırılacaq.
ƏMDK keçirilən hərraclar barədə məlumatı nəzarət etdiyi saytlarda (www.emdk.gov.az və www.privatization.az), yalnız azərbaycanca verir. 08D
-
- Siyasət
- 19 Dekabr 2016 13:22
-
- İqtisadiyyat
- 19 Dekabr 2016 15:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz