Dövlət sahibkarlara icarə obyektləri təklif edir
Əmlak Məsələləri Dövlət Komitəsi Bakı və regionlarda 8 obyektin sahibkarlara icarəyə verilməsi üzrə tender elan edib.
Əvvəllər ƏMDK bu obyektləri ucuz qiymətə gənc sahibkarlara verməyi planlaşdırırdı. Amma hansısa naməlum səbəbdən planlar dəyişib.
İcarə sahələri “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda, Azərbaycan Texniki Universitetində, Salyan Rayon Statistika İdarəsində, Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində yerləşir. Sahəsi 31-75 kvadrat metr olan bu ərazilərdən ofis və müxtəlif xidmətlər üçün istifadə etmək olar. Yerindən asılı olaraq 1 kv m-in qiyməti 0,50 - 3,30 manat arasında dəyişir.
ƏMDK dövlət mülkiyyətinin icarəyə verilməsi ilə bağlı nadir hallarda müsabiqə keçirir. Torpaqların icarəsi isə tam məxfi aparılır. 08D
-
- İqtisadiyyat
- 13 Fevral 2017 14:32
-
- İqtisadiyyat
- 13 Fevral 2017 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz