Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları
Аudit ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları aşkarlayıb.
Hesablama Palatası 5 fevral tarixli Kollegiya iclasında bütün materialları hüquq mühafizə orqanları və Milli Məclisə təqdim etməyi qərara alıb.
Saytın məlumatına görə, iclasda dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq edilib..
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.
Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə fevralın 5-də fərman imzalayıb. Ləğv edilmiş komitənin funksiyası Dövlət Əmlak Məsələləri Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölünüb. Bu barədə dövlət başçısının saytı məlumat verib.--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz