Dövlətstatkom əhalinin gəlirlərini ortalayıb
Əhalinin adambaşına aylıq gəlirləri avqustun 1-i üçün 319,87 manat (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 5%) olub.
Dövlətstatkoma görə, bu il ən pis ay iyun - 291,1 manat, ən yaxşı ay mart olub - 367,4 manat. Əhalinin real pul gəlirləri bir qədər azdır – iyulda 314,8, iyunda 260,1 manat.
Turan ekspertlərinin fikrincə, Dövlətstatkom həyat səviyyəsini yüksək göstərmək üçün gəlirləri ortalayır. Ölkədə yarım milyon büdcəçi və 1,2 mln pensiyaçı var. Onlar ayda 140 – 250 manat alır. Həmçinin 60 min əlil 40-50 manat əlillik müavinəti alır. Onların çoxunun hamisi yoxdur və ağır vəziyyətdə yaşayır. Eyni zamanda, milyonçular və onlara hamilik edən məmur-oliqarxlar var ki, gəlirləri əsas kütlə ilə müqayisə edilə bilməz.
Bu ilin əvvəlindən dövlət başçısı ölkədə ehtiyac meyarını 100 manat müəyyəne dib. Yaşayış minimumu haqqında qanuna görə, orta norma 125 manat, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar üçün 103, uşaqlar üçün 103 manatdır. –17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz