Dövlətstatkom sənaye haqqında məlumatları açıqlayıb
Dövlət Statistika Komistəsi (http://www.stat.gov.az/source/industry) ötəm il üçün sənaye üzrə əsas məlumatları açıqlayıb.
2013-cü ildə iqtisadiyyatın mənfəətinin 61,1%-i sənaye müəssisələrinin payına düşüb. Hasilat sənayesinə 5 mlrd 95 mln manat investisiya qoyulub. Bunun 75,88%-i və ya 3 mlrd 866 mln manat xarici investisiyalardır. Sərmayənin 5,07 mlrd-ı neft və qaz hasilatına (il ərzində +32,1%) yönəldilib.
Sənaye müəssisələrinin xalis mənfəəti 24 mlrd 153 mln manat (il ərzində mənfi 1,4%) olub. Onların əsas fondları 53 mlrd 529 mln manatdır (il ərzində + 14,4%).
Sənayedə məşğulluq 197,2 min nəfər (il ərzində + 8,9%) orta maaş 630,8 manatdır (+ 6,9%, real inflyasiya 11,2%). Dövlət müəssisələrinə bu göstərici 547,5, özəllərdə 715,6 manatdır. Daha çox maaş özəl hasilat müəssisələrindədir – orta hesabla 1 min 951 manat. --17D—
-
- Cəmiyyət
- 2 Oktyabr 2014 15:12
-
- İqtisadiyyat
- 2 Oktyabr 2014 15:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz