DSK-ya görə, əhali mədəsinə az qayğı göstərir
Dövlətstatkoma görə, bu ilin 9 ayında ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışının nisbəti 1985-ci ilin göstəricisinə çatıb. O vaxt əhali ərzağı qeyri-ərzaq mallarından bir az çox alırdı.
DSK-ya görə, yanvar sentyabrda pərakəndə şəbəkədə 13,9 mlrd mlrd manatlıq mal satılıb, Bu, 2012-ci ilin eyni dövründəkindən 9,6% çoxdur. Satış strukturunda ərzaq mallarının xüsusi çəkisi 51,9% olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 4,1% artıb. Beləliklə, DSK-ya görə, əhali mədəsinə daha az qayğı göstərir və paltar, ev əşyaları və s. pul xərcləyir.
Azərbaycanda malların növləri üzrə satışın uçotu yoxdur. DSK hesablamanı öz metodikası ilə aparır. Bu metodikaya əsasən, pərakəndə satışının həcmi dinamik artır. Əgər 2003-cü ildə ərzaq mallarının satış həcmi 2 mlrd manat idisə, ötən il 9,7 mlrd manat olub. Qeyri-ərzaq mallarının satışı bu dövrdə 7,5 dəfə artaraq 7,8 mlrd manat olub.
Müstəqil ekspertlərə görə, gəlir səviyyəsinə görə əhali kəskin təbəqələşdiyi üçün bu rəqəmlər gerçək vəziyyətin əks etdirmir. Bu statistikaya görə, 2012-ci ildə ev təsərrüfatlarının üçdə birində istehlak xərcləri ayda adambaşına 150 manatı keçməyib. Ailələrin 27,6%-də adambaşına aylıq xərclər 200 manatdan çoxdur. 08D
-
- İqtisadiyyat
- 11 Oktyabr 2013 15:28
-
- Siyasət
- 11 Oktyabr 2013 16:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz