DSMF mətbuat xidmətinin rəhbəri: Maliyyələşmədə gecikmə yoxdur
Bu yaxınlarda Turan Bakıda əmək pensiyalarının ödənişində gecikmələr olması barədə məlumat vermişdi. Halbuki cədvələ əsasən. Dövlət Sosial Müdafiə Fondu Bakıda pulların kartlara köçürülməsini hər ayın 5-6-da başa çatdırır.
Məlumat verilmişdi ki, Agentliyin müxbiri Beynəlxalq Bankın saytı vasitəsilə (https://www.hbservice.com/frontend/auth/userlogin?execution=e1s1) Sabunçu rayonunda yaşayan bir şikayətçinin elektron məlumatlarına baxıb və pulun köçürülməsi barədə informasiya tapmayıb. Hər ayın 7-də şikayətçiyə gələn SMS bildiriş də olmayıb.
Bu gün Turan-a zəng edən DSMF mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov bildirib ki, bu, sırf texniki problemdir, maliyyələşmədə, pensiyaların baza hissəsinin artımında gecikmə yoxdur.
Xatırladaq ki, ilin əvvəli üçün Azərbaycanda 1 mln 296 min pensiyaçı olub. Pensiyaların baza hissəsinin artırıması qərarı isə 1 mln 223 min pensiyaçıya şamil ediləcək.
DSMF büdcəsinə dəyişikliklərə əsasən, onun gəlirləri və xərcləri 7,4% - 3 mlrd 78,57 mln-dan 3 mlrd 307,36 mln manata artıb.
Pensiya ödənişinə 3 mlrd 136,1 mln, müavinət ödənişinə 102,85 mln manat xərclənəcək.
Sabunçu rayonunda yaşayan bir şikayətçi isə bu gün öz pensiyasını alıb. --17D—
-
- İqtisadiyyat
- 11 Mart 2016 12:59
-
- İqtisadiyyat
- 11 Mart 2016 13:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz