Dünya Bankı 2003-cü ildən Azərbaycanın neft-qaz gəlirlərini hesablayıb
Azərbaycan hökuməti 2003-cü ildən mədən sənayesindən $73 mlrd əldə edib, deyə şənbə günü Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşşenko Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının (EITI) XVIII iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan EITI üzrə ilk hesabatını hazırladığı 2005-ci ildən 12 hesabat verib, bu məlumatlar orda verilib.
"Əsas məsələ bu vəsaitlərin necə bölünməsi və onların əhaliyə necə çatmasıdır. Bunun üçün EITI üzrə hesabat təkmilləşdirilməlidir", - deyə Leşşenko bildirib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvarından hər bir ölkə yol xəritəsi hazırlamalı, onun köməyi ilə informasiya yayılmalıdır.
"Bu, məsləhət deyil, bütün ölkələrə tələbdir. Bu vəsaitlərin xərclənməsində şəffaflıq və məsuliyyət olmalıdır", - deyə Leşşenko bildirib.
* ARDNF-nin məlumatına görə, Azərbaycan 2001-ci ildən 1 aprel 2016-cı ilə kimi “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində $118 mlrd 146 mln, 2007-ci ildən “Şahdəniz” layihəsi çərçivəsində $2 mlrd 483 mln əldə edib. –0--
-
- Söz istəyirəm
- 3 May 2016 12:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz