Dünya Bankı Azərbaycanda poçt sistemini modernləşdirəcək
Dünya Bankı Azərbaycanda poçt sistemini modernləşdirmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) təkliflər verib, deyə RYTN məlumat verir.
Fevralın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Lesçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
DB nümayəndə heyəti “Azərpoçt” MMC, AMB, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin mümkün istiqamətləri barədə məlumat veriblər.
«”Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı, ikinci komponent üzrə rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur”, deyə DB nümayəndəsi qeyd edib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu dövrdə bank Azərbaycanda 51 layihəyə $3,3 mlrd kredit ayırıb. Hazırda 17 layihə davam etdirilir.
«Azərpoçt» MMC 1999-cu ildə yaradılıb. 16 aprel 2010-cu ildə AMB ona məhdud bank xidməti lisenziyası verib..--17D—
-
- İqtisadiyyat
- 16 Fevral 2015 22:21
-
- İqtisadiyyat
- 17 Fevral 2015 10:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz