Sənaye məhsulu istehsalı 1 mlrd manat
Yanvarda sənaye məhsulu istehsalı ötən illə müqayisədə 1,4 faiz azalaraq 1,8 milyard manat təşkil edib. Eyni zamanda sənaye xarakterli mal və xidmət istehsalı natura ifadəsində 1,4% artıb, deyə Dövlətstatkom məlumat verir.
Ötən ay 3,7 mln ton xam neft və 1,8 mlrd kubmetr qaz hasil edilib. Bu, ötən ilin yanvarındakından 0,1 mln ton və 0,2 mlrd m3 çoxdur.
Neft-qaz gəlirləri azaldığı üçün sənaye istehsalında mədən sənayesinin payı 58,1%-ə düşüb. Ötən ilin yanvarında bu göstərici 72,7% idi. Emal sənayesinin payı 19,7%-dən 30,2%-ə artıb.
Bu tendensiya bölmələr üzrə sənaye istehsalı göstəricilərinin dəyişməsi ilə nəticələnib. 2014-cü ilin yanvarında sənayedə dövlət sektorunun payı 18% idi, bu il həmin göstərici 28,5%-ə çatıb. 08D
-
- İqtisadiyyat
- 17 Fevral 2015 10:07
-
- Cəmiyyət
- 17 Fevral 2015 11:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz