Dünya Bankı: «Azərbaycanın sığorta bazarı 15% mənimsənilib»
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov bu günkü mətbuat konfransında deyib ki, Dünya Bankının ekspertləri potensialı $4,4 mlrd, real sığorta mükafatı yığımı həddini $600-640 mln hesab edir. Sığorta mükafatlarının xüsusi çəkisi ÜDM-in 0,7%-dir. Şərqi Avropada bu göstərici 4-6% təşkil edir.
Bayramovun sözlərinə görə, DB ekspertləri bir sıra tövsiyələr verib. Şikayətlərə baxılmasının vahid qayda və mexanizmləri işlənməli, ödənişlərdə vahid pəncərədən istifadə edilməlidir. Ekspertlərə görə, sığorta hadisəsi zamanı sığorta agenti və ya şirkətin müqavilə bağlayan xidmətinə müraciət edilməlidir.
ASA rəhbəri deyib ki, ekspertlər sığorta bazarında köməkçi xidmətlər göstərən hüquqi və fiziki şəxslərin fəaiyyətinin lisenziyalaşdırılmasını təklif edirlər. Həmçinin sığorta agentlərinin və brokerlərinin Davranış Məcəlləsi hazırlanmalıdır. --17D—
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 14:52
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz