Sabah Bakıda beynəlxalq ətraf mühitin mühafizəsi sərgisi açılır
Noyabrın 19-da «Bakı Ekspo Mərkəzi»ndə Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün texnologiyalar" mövzusunda beşinci yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2014”) keçiriləcək.
Bu gün sərgi ilə bağlı mətbuat konfransı keçirilib.
СТЕ sərgisində Azərbaycan, Çexiya, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, İsveç və digər ölkələrdən 77 şirkət iştirak edəcək.
Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir. Bu il iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir. Onların arasında həm yerli, həm də xarici şirkətlər var. Sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar da nümayiş etdiriləcək”.
5 ildə 323 şirkət ekologiya sahəsində innovasiyalarını nümayiş etdirə bilib.
Təşkilatçılar Iteca Caspian, Caspian Event Organisers (CEO) və ITE Group PLC-dir.
Ümumən CTE 2014-də təbii ehtiyatlardan səmərəli istifadə, bərk tullantıların yığılması və utilzisiyası, alternativ energetika üzrə yeni texnologiyalar nümayiş etdiriləcək.
Sərgi noyabrın 21-də başa çatacaq. 08D
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 14:50
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz