İcbari sığorta intensiv inkişaf edir
Bu ilin on ayında yığılan mükafatların 64,5%-i könüllü növlər üzrədir. Bu növlər göstəriciyə görə lider olsa da, artım tempinə görə geri qalır. Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü növlərdə 2,8%, icbari növlərdə 10,5% artım olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, icbari növlər üzrə mükafatlar 34,5%-dir. Bir il əvvəl bu rəqəm 28, 2012-ci ildə 20% olub. Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, icbari sığorta həyat sığortası hesabına artır. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, hərbçilərin, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari sığortası da öz töhfəsini verir.
Ödənişlərdə də (126,5 mln manat) könüllü növlər liderdir - 73,6% və ya 96,8 mln manat. Artım tempinə görə də onlar icbari növləri keçir - 40,8%. İcbari növlərdə bu göstərici +14,6%-dir. Həyat sığortası üzrə ödənişlər 7,6 dəfə artaraq 25,5 mln manat olub. --17D—
-
- Siyasət
- 18 Noyabr 2014 14:33
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz