Dünya gömrükçüləri Bakıya toplaşır
Sabah Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 10-cu beynəlxalq PICARD - “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransı başlayacaq.
Tədbirin təşkilatçısı Dövlət Gömrük Komitəsidir. “Gülüstan” sarayında təşkil olunacaq konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edəcək.
Konfransı baş nazirinin müavini Abid Şərifov və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya açacaq.
İclas öncəsi Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında DGK-nın Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sentyabrın 11-də isə Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək. --17D—
-
- İqtisadiyyat
- 7 Sentyabr 2015 15:39
-
- Siyasət
- 7 Sentyabr 2015 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz