Əfqan Cəlilov AGBank-ın İdarə Heyətinə rəhbərlik edəcək
Dünən «AGBank» ASC-nin səhmdarlarının ümumi iclası İdarə Heyətinin sədr müavini Əfqan Cəlilovu sədr səlahiyyətlərini icra edən təyin edib. Bu strukturun məlumatına görə, bu İdarə Heyətinin sədri Azər Mövsümovun bankın Müşahidə Şurasına seçilməsi ilə bağlıdır.
Bundan əlavə, Müşahidə Şurasına onun dəyişilməz sədri Çingiz Əsədullayev, həmçinin Fərzulla Yusufov, Qriqori Marçenko və təsisçi olan Beynəlxalq Maliyyə Korporasiyasının bir nümayəndəsi daxildir.
Əfqan Cəlilovdan başqa İdarə Heyətinin üzvləri sədr müavini Tokay Əlizadə, Səkinə Xələfova və Elnur Musayevdir.
Auditor komitəsində təmsil olunublar: yeni üzv Mixail Fransev, sədr Fikrət Baxışov və Asif Çoxlayevdir.
«AGBank» ASC 102,2 mln manat nizamnamə kapitalı ilə AMB-nin lisenziyası əsasında 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları Çingiz Əsədullayev (səhmlərin 23,27%-i), Beynəlxalq Maliyyə Korporasiyası (17,65%), “Kazimir Partners” şirkəti (10%) və Fərzulla Yusufov (17,767%), üstəlik 60 minoritardır (31.47%). --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz