Əhali elektron ticarət üçün Gürcüstana gedəcək – ekspert
«Əgər vətəndaşlar sabah bank hesabı açmaq üçün Gürcüstana getsə, bu, yerli bank kartları vasitəsilə xarici internet resurslardan xidmət alanlardan əlavə olaraq 18% ƏDV də tutulmasına təbii cavab olacaq», deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir.
Əvvəllər vətəndaşlar Gürcüstana daha çox istirahətə gedirdi. İndi isə güman ki orada bank hesabı açmaq üçün gedənlərin sayı artacaq, deyə O. Gündüz Feysbuk səhifəsində yazıb. Bu ildən Vergi Məcəlləsinə edilən əlavələrə əsasən, yerli bank kartları vasitəsilə xarici internet mağazalardan, Play store-dən alış-veriş edənlərdən, Google, Facebook və s. bu kimi resurslardan xidmət alanlardan əlavə olaraq ƏDV də tutulacaq.
Osman Gündüzün fikrincə, istehlakçıya yönəlik məhdudlaşdırıcı addımlar əvəzinə, daha çox yerli elektron ticarətin stimullaşdırılmasına, yerli istehsalın inkişafına yönəlik addımlar, güzəştlər, beynəlxalaq ödəmə portallarına tam inteqrasiya daha faydalı ola bilərdi. 08D
-
- Söz istəyirəm
- 12 Yanvar 2017 12:42
-
- Çətin sual
- 12 Yanvar 2017 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz