Əhali hesablarından 1,66 mlrd manat çıxarıb
Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-i üçün 32 bankda inflyasiya nəzərə alınmadan orta depozit dərəcəsi 8,75% (1 yanvara nisbətən +0,67%) olub.
Rəsmi rəqəmlərə görə, illik inflyasiya fonunda (rəsmi 11,2%, real 40%) cüzi artım əmanətçiləri pullarını çıxarmağa vadar edir. Yanvardan əhalinin əmanətləri 17,5% azalıb.
Hesabat dövründə əhalinin bank əmanətləri 7 mlrd 813,9 mln manat (1 sentyabrda nisbətəm mənfi 118 mln, 1 yanvara nisbətən mənfi 1,66 mlrd) olub.
Oktyabrın 1-i üçün xarici valyuta ilə depozit dərəcəsi 5,32% (1 yanvara nisbətən mənfi 2,64%) olub. Amma dərəcəsinin azalması valyuta əmanətlərini azaltmayıb (81,7% və ya 6 mlrd 387,8 mln manat). Amma əhali valyuta əmanətlərini də çıxarır (1 yanvara nisbətən mənfi 20,7%). --17D—
-
- İqtisadiyyat
- 9 Noyabr 2016 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz