«PricewaterhouseCoopers» ƏMDK-yə dövlət əmlakının özəlləşdirilməsi üzrə məsləhət verəcək
Əmlak Məsələləri Dövlət Komitəsi “PricewaterhouseCoopers” şirkəti ilə Əməkdaşlıq haqqında Memorandum imzalayıb. Sənəd dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsinə PwC-nin dəstəyini nəzərdə tutur.
ƏMDK-nin mətbuat xidmətində Turan-a deyiblər ki, PwC investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkilini həyata keçirəcək.
ƏMDK və PwC özəlləşdirmə üzrə xarici investorlar üçün daha cəlbedici forma və metodlar üzrə tədbirlər planı üzərində işləyir.
ƏMDK başqa beynəlxalq konsaltinq şirkətləri ilə də əməkdaşlıq etmək niyyətindədir.
2016-cı ilin iyulundan hökumət özəlləşdirmə üzrə daha şəffaf və açıq siyasət yürüdür. Hələlik xarici investorlar kiçik müəssisə və obyektlərin özəlləşməsində, əvvəllər özəlləşdirilmiş SC-lərin 30%-lik səhm paketinin alınmasında iştirak etmir.
1996-cı ildən Azərbaycanda 45 min kiçik müəssisə və obyekt özəlləşdirilib, 1600-dən çox müəssisə səhmlşdirilib və özəlləşdirilib. Xarici investorlar bir neçə rabitə, sənaye və xidmət müəssisəsinin özəlləşdirilməsində iştirak edib. 08D
-
- Cəmiyyət
- 9 Noyabr 2016 11:41
-
- İqtisadiyyat
- 9 Noyabr 2016 11:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz