Əhalinin adambaşına gəlirləri 15,1% artıb
On ildə Azərbaycanda ev təsərrüfatlarının gəlirləri 5,7 dəfə artaraq 2011-ci ildə bir ailə üzvü üçün ayda 166 manat olub. Ölkədə yaşayış minimumu ötən il 95 manat təşkil edib.
Dövlətstatkoma görə, 2011-ci ildə Azərbaycanda ailənin hər üzvünə düşən gəlirlər 15,1% artıb. Gəlirlərin strukturu belə olub: muzdlu iş 54,4 manat (+8,8%), fərdi məşğuliyyət 42,2 manat (+16,2%), kənd təsərrüfatı işləri 23,3 manat (+15,9%), pensiyalar 27,5 manat (+26,1%) və s. 2011-ci ildə əmlakı icarəyə verməkdən adambaşına gəlir 1,4 manat, əmlakdan istifadədən 0,4 manat olub.
Bundan başqa, DSK-ya görə, Azərbaycanda ailə büdcəsinin 7,3%-i (ailə üzvünə 12,2 manat) başqa ailələrdən kömək hesabına formalaşır.
2011-ci ildə hər ay xaricdən bir ailə üzvünə 4,6 manat pul transfert olub. Bu, 2010-cu ildəkindən 21% çoxdur.
2001-ci ildə hər ev təsərrüfatı üzvünün gəliri 29,1 manat, 2006-cı ildə 74,4 manat olub.
2012-ci ildə ölkədə adambaşına yaşayış minimumu parlament tərəfindən ayda 108 manat müəyyən edilib. Rəsmi məlumata görə, ölkədə yoxsulluq səviyyəsi 7%-dir. 08B
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 13:30
-
- Cəmiyyət
- 5 Noyabr 2012 14:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz