EİTİ rəhbəri vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EİTİ) sədri Kler Şort cümə axşamı Bakıda müstəqil qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüş keçirib.
Görüşdə Şəffaflıq Təşəbbüsündə Azərbaycanın yeri, vətəndaş cəmiyyətinin vəziyyəti, iqtisadi böhran və hökumət tərəfindən müstəqil QHT-lərə və KİV-lərdən qarşı təzyiq fonunda beynəlxalq təşkilatların ölkəyə münasibəti haqqında fikir mübadiləsi aparılıb.
Vətəndaş cəmiyyəti nümayəndələri ilə dialoq xanım Şortun prezident İlham Əliyevlə görüşündən sonra baş tutub. Həmin görüşdə Azərbaycanın Şəffaflıq Təşəbbüsü çərçivəsində öhdəliklərini yerinə yetirməsi, habelə qeyri-hökumət sektorunun EİTİ-də iştirakı məsələləri müzakirə olunub.
Məlum olduğu kimi, rəsmi Bakı şəffaflıq sahəsində öhdəliklərini yerinə yetirmədiyinə görə bu ilin aprelində EİTİ Azərbaycanın statusunu bu qurumda üzvlükdən namizədlik səviyyəsinə endirib.
İqtisadçi Qubad İbadoğlu Turan-a bildirib ki, Azərbaycanın EİTİ-dəki hazırki statusu və onun təşkilatdan çıxarılması ehtimalı hökumətin növbəti özünütəcrid elementinə çevriləcək, beynəlxalq maliyyə qurumlarının etibarının sarsılmasına və ölkə iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxaracaq. -0-
-
- Siyasət
- 9 Oktyabr 2015 11:41
-
- İqtisadiyyat
- 9 Oktyabr 2015 12:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz