Ekspert hesab edir ki, Mərkəzi Bankın valyuta ehtiyatları kritik səviyyəyədək azalıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrda 3% ($127,2 mln.) azalaraq $4 mlrd. 5 mln. 500 min təşkil edib. Bu barədə iqtisadçı Samir Əliyev bildirib.
Turan məlumat verir ki, ekspert özünün Facebook səhifəsində yazıb ki, bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb.
2008-ci il yanvarında valyuta ehtiyatı $3 mlrd. 928,5 mln. olub.
Rekord səviyyə isə 31 iyul 2014-cü ildə qeydə alınıb – $15 mlrd. 193,4 mln.
“Göründüyü kimi, ehtiyatın həcmi “qırmızı hədd”ə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək”, - o yazıb.
S.Əliyev qeyd edib ki, manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir.
Bundan əlavə, iqtisadçı qeyd edib ki, valyuta hərraclarının ən böyük iştirakçısı Dövlət Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond 10 ay ərzində bazarda təxminən $6,5-7 mlrd. manat ekvivalentində dollar satıb.
“Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda $1-1,5 mlrd. manat ekvivalentində dollar sata biləcək. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək”, - S Əliyev yazıb. 71B
-
- İqtisadiyyat
- 2 Noyabr 2016 11:47
-
- İqtisadiyyat
- 2 Noyabr 2016 12:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz