Ekspert logistika və ticarətin inkişafına dair Yol Xəritəsi haqqında – yeni heç nə yoxdur
Bakı/17.02.17/Turan: Logistika və ticarətin inkişafına dair Yol Xəritəsində yeni heç nə yoxdur, deyə iqtisadçı Əkrəm Həsənov bildirib.
Ə.Həsənov Facebook səhifəsində yazıb ki, sənəddə son illərdə bəyan edilən hədəflər cəm halında izah edilib.
«Bütövlükdə bu Xəritə ölkəmizin coğrafi vəziyyəti, mövcud nəqliyyat qovşaqları və dəhlizlərindən necə yararlanması barədədir», deyə o bildirib.
Ekspert bildirir ki, xəritədə tranzit ticarət həcmini artırılması, azad ticarət zonasının fəaliyyətinin təşkili, logistika və ticarət mərkəzlərinin yaradılması, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılması, Ələtdə yeni liman kompleksinin, Bakı-Tbilisi-Qars və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması və s indiyədək deyilənlər təkrar edilir.
Ə.Həsənov qeyd edib ki, xəritəyə əsasən bunlara nail olmaq üçün işçi qruplar yaradılacaq, normativ baza təkmilləşdiriləcək, xarici ekspertlərlə əməkdaşlıq ediləcək, investisiya planları işlənəcək.
Onun sözlərinə görə, Azərbaycan praktikasında bu, xarici qanunların köçürülməsi, məmurların çoxsaylı xarici ezamiyyətləri deməkdir.
«Bütün bunlara 3,16 mlrd. manat vəsait xərclənəcək», deyə o bildirib. –71D-
-
- Cəmiyyət
- 18 Fevral 2017 14:27
-
- İqtisadiyyat
- 19 Fevral 2017 08:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz