Eldar Qəribov UniBank-ın səhmlərini Cəlal Qasımovdan alıb
Bakı Fond Birjası “UniBank Kommersiya Bankı” ASC-nin imtiyazlı səhmləri üzrə insayder sövdələşməsi haqqında məlumatı açıqlayıb. Bu, son bir il yarım ərzində ilk belə məlumatdır.
Məlumata görə, bu il iyunun əvvəlində bankın Müşahidə Şurasının sədri Eldar Qəribov UniBank-ın 183 825 ədəd imtiyazlı səhmini 2,91 manata (nominal dəyəti 2,72 manat) alıb.
Qeyd etmək lazımdır ki, satış tərəfi haqda məlumat açıqlanmır. Lakin məlumdur ki, məhz bu sayda səhmi 2013-cü ilin sentyabrında UniBank-ın o zamankı icraçı direktoru Cəlal Qasımov alıb. Bu ilin mayında o, “Pasha Holding” MMC-nin bank qrupunun rəhbəri, həmçinin “Kapital Bank” ASC-nin (“Pasha Holding” qrupunun üzvü) Müşahidə Şurasının sədri təyin edilib.
Alqı-satqı haqqında əqd C.Qasımovun “Kapital Bank”-da vəzifəsinin icrasına başlanmasından sonra bağlanıb.
Qeyd edək ki, bu əqddən öncə E.Qəribov UniBank-da 68,34% adi və imtiyazlı səhmə sahib olub.
UniBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) -15,15%, Almaniya İnvestisiya Korporasyası (DEG) - 8,33%, həmçinin yerli və xarici fiziki və hüquqi şəxslərdir.
Dövriyyədə 20 796 000 ədəd sadə və 5 147 100 ədəd imtiyazlı səhm var. Bankın ödənilmiş nizamnamə kapitalı 70,5 mln. manatdır. 08B
-
- Bazarların icmalı
- 7 İyul 2015 12:43
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz