Akkord korporasiyası yeni nəqliyyat müəssisəsi yaradıb
«Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası» yeni avtonəqliyyat müəssisəsi yaradıb. Şirkətin kapitalına 28 mln 658,2 min manat qoyulub.
Buna qədər korporasiyanın strukturuna ən azı iki nəqliyyat müəssisəsi daxil idi: "Akkord Logistic Services" MMC və “Akkord Nəqliyyat Servis". Korporasiyanın avtoparkında mindən çox yük avtomobili və tikinti texnikası var.
Xatırladaq ki, 2014-cü ildən “Akkord”da sənaye və başqa müəssisələrin ayrılması ilə holdinq şirkəti yaradılması prosesi gedir. Məsələn, «Qazax sement zavodu», “Akkord Beton”, “Akkord Mərmər-Qranit”, “Akkord Prefabrik”, “Akkord Steel Construction Company”, “Akkord Asfalt”, “Körpü Tunel Tikinti” və s şirkətlər yaradılıb.
Korporasiyada bu proseslər «daha səmərəli idarəetmə formasına keçmək» üçün həyata keçirilir.
“Akkord”un Azərbaycanda və xaricdə onlarla şirkəti var. Korporasiyaya “VIP Estate”MMC vasitəsilə Kamil Əşrəfov nəzarət edir. --08B-
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:45
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz