AIIF-2015 sığorta forumunun yekunları
Bakıda AIIF-2015 VI beynəlxalq sığorta forumu başa çatıb.
Tədbirin əsas nailiyyəti qanun layihəsi hazırlamaq üçün xarici ekspertlər cəlb etməklə kənd təsərrüfatı sığortasına dövlət dəstəyi barədə qərar olub. Bundan başqa, maliyyə naziri Samir Şərifov sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qaydalar vəd edib. Az kapitallı iştirakçılar çıxarılmaqla sığorta bazarının birləşdirilib böyüməsi tendensiyası davam edir.
İcbari və könüllü sığortada yeni sahələrin tətbiqi nəzərdə tutulur, əmlakın sığortalanması zamanı investisiya imkanı, spesifik risklər və sığorta təminatı məsələsinə baxılıb. Texniki, yanacaq-energetika risklərinin təkrar sığortası dünya təkrar sığortası bazarında tendensiyalar, onların yerli bazarda tətbiqi də diqqət mərkəzində olub.
Forumun işində 25-dən çox ölkədən 70 şirkətin 250 nümayəndəsi iştirak edib. Bunun 101 nəfəri əcnəbidir. Forumda beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib. --17D—
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:47
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz