Rusiyalı milyarderin konserv zavodu mənfəətlə işləməyə başlayıb
Teymur Əhmədov adına “AzNar” QSC Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov onu əldə edəndən ilk dəfə mənfəətlə işləməyə başlayıb. Amma biznesmen 2013-cü ildə bildirmişdi ki, minoritarlar 7-8 il dividend görməyəcək.
“AzNar”-ın mətbuatda açıqlanan 2012-2014-cü illər üzrə maliyyə hesabatında qeyd edilir ki, meyvə şirəsi və başqa məhsulların satışından mənfəət 342,4 min manat olub. Cəmi 1 mln 696,2 min manatlıq məhsul satılıb. İl ərzində satış 7,3% artıb, məhsulun maya dəyəri 22,2% azalıb.
“AzNar”ın Bakı ofisində Turan-a bildiriblər ki, məhsul əsasən xaricə (RF, Polşa, Almaniya, ABŞ, Avstraliya, Yeni Zelandiya) satılır.
2014-cü ildə şirkətin inzibati xərcləri 3 dəfə azalaraq 376 min manat olub. Başqa gəlirlər və xərclər nəzərə alınmaqla SC-nin balans mənfəəti 32 398 manat təşkil edib. Mənfəət vergisi (20%) və dividend (10%) çıxılandan sonra 23,3 min manat dividendə yönəldilib. Bunun 99,94%-i Fərhad Əhmədova çatacaq.
Maliyyə hesabatına əsasən, ötən il “AzNar”ın uzunmüddətli borcları (18 mln 484,1 min manat) 4 mln manat artıb. Səhmdarların ödəmədiyi ziyan 12,5 mln manata çatır. Ona görə dividend verilməsi qərarına 1998-ci ildə Göyçay Konserv zavodu özəlləşdirilən vaxtdan mənfəət gözləyən 23 fiziki şəxs üçün sosial aksiya hesab etmək olar. 08B
-
- İqtisadiyyat
- 7 İyul 2015 12:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz