Elman Rüstəmov devalvasiyanın yaxşı olduğunu izah etməyə çalışır
Manatın uzun müddət zəifləməsinə əsas yoxdur. Devalvasiya iki halda baş verə bilər: ölkənin ödəmə balansında davamlı defisit olarsa və bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmadığı zaman.Bu barədə Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
“Bizim valyuta ehtiyatları təxminən ÜDM-in 70%-ni təşkil edir və təxminən dövriyyədə olan manatın həcmini 2,5 dəfə üstələyir”, - o qeyd edib.
Eyni zamanda E.Rüstəmov manatın məzənnəsinin enməsi iıə bağlı vətəndaşların narahatlığını əsassız sayır.
2008-2011-ci illərdə dünya maliyyə böhranı zamanı Azərbaycanda məzənnə siyasəti bivalyuta səbəti mexanizmi əsasında həyata keçirilib. Bu, daha çevik məzənnə siyasətini həyata keçirməyə imkan verib. Lakin neftin qiymətinin yüksək olduğu və ödəniş balansının yüksək profisiti şəraitində manat avroya nisbətən bahalaşıb. Odur ki, manat avroya nisbətən xeyli artıb.
Güclü valyutanın aşağı inflyasiya kimi öz müsbət tərəfləri var, lakin bu ixraca pis təsir göstərir.
Qeyd edək ki, fevralın 16-dan AMB maantın dollara nisbətən məzənnəsini endirib və iki gündə dollar manata görə 0,11% – 0,7853-dək bahalaşıb. -02D-
-
- İqtisadiyyat
- 18 Fevral 2015 13:13
-
- Cəmiyyət
- 18 Fevral 2015 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz