- İqtisadiyyat
- 18 Fevral 2015, 13:13
- 157
ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 32% azalıb
2015-ci ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 118 mln 502 min manat olub, deyə şirkətin saytı məlumat verir.
Məlumat verildiyi kimi, 2014-cü ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 173 mln 578 min manat olub. Beləliklə, yanvarda şirkətin dövlət büdcəsinə köçürmələri 31,7% azalıb.
ARDNŞ-nin DSMF-yə icbari sosial sığorta üzrə ayırmaları 2015-ci ilin yanvarında 11 mln 931 min manat (azalma 11,6%) olub.
2014-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi ayırmaları 1 mlrd 855 mln 230 min manat olub.
2015-ci ildə dövlət büdcəsinə 1,5 mlrd manat vergi ödənişi planlaşdırılıb.
* ARDNŞ-nin məlumatına görə, 2015-ci ilin yanvarında Ceyhan limanında Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $49,53 olub. 2014-cü ilin yanvarında bu göstərici $108,76 idi. –12В--
-
- Cəmiyyət
- 18 Fevral 2015 13:02
-
- İqtisadiyyat
- 18 Fevral 2015 13:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz