Əmanətlərin Sığortalanması Fondu 9 bağlanan bankın əmanətçilərinə 232 milyon manatdan artıq kompensasiya ödəyib
9 bağlanan bankın əmanətçilərinə ümumilikdə 232 milyon 345 min manatdan artıq kompensasiya ödənilib, deyə Əmanətlərin Sığortalanması Fondu məlumat verir.
Turan-ın məlumatına görə, “Parabank” əmanətçilərinə 21 milyon 211 min manat,, “Zaminbank” əmanətçilərinə 37 milyon 168 min manat, “Kredobank” əmanətçilərinə 15 milyon 931 min manat, “Dekabank” əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.
“Atrabank” əmanətçiləri 9 milyon 371 min manat, “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri 1 milyon 419 min manat, “Bank of Azerbaijan”ın əmanətçiləri 24 mln 61 min manat, “Gəncəbank”ın əmanətçiləri 895 min 554 manat, “Texnikabank”ın əmanətçiləri 119 mln 630 min manat kompensasiya alıb. 77D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz