Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 698 mln 890 min manat ödəyib
Bağlanan 10 bankın əmanətçilərinə 698 mln 890 min manat ödənilib, deyə Əmanətlərin Sığortalanması Fondu məlumat verib.
Turan-ın məlumatına görə, «Parabank» əmanətçilərinə 42 milyon 810 min manat, “Zaminbank” əmanətçilərinə 52 milyon 256 min manat, “Kredobank” əmanətçilərinə 27 milyon 005 min manat, “Dekabank” əmanətçilərinə 3 milyon 021 min manat kompensasiya ödənilib.
«Atrabank» ASC-nin əmanətçilərinə 14 milyon 193 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 milyon 880 min manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin əmanətçilərinə 120 milyon 080 min manat, “Bank Standard”ın əmanətçilərinə 412 milyon 517 min manat kompensasiya ödənilib. 71D
-
- İqtisadiyyat
- 17 Noyabr 2016 12:56
-
- Siyasət
- 17 Noyabr 2016 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz