ƏMDK-da AZAL-ın özəlləşdirilməsindən danışılır
Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Bu barədə ƏMDK-nın mətbu orqanı olan “Mülkiyyət” qəzetində Heydər Əiyevin doğum gününə həsr olunan məqalədə deyilir.
Qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.
Özəlləşdirmənin başlandığı dövrdən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib. Orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılıb və sonradan özəlləşdirilib.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu müəssisələrə 550 mln. ABŞ dolları məbləğində investisiya qoyulub.
Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 600 mln. manat daxil olub.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz