Problemli kreditlərin ödənilməsi və bank aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması proqramı səmərəli olacaqmı?
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, bankların likvidlik problem olanda Palata “Bank Standard”a olduğu kimi kömək edəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var. Onun sözlərinə görə, istehlak krediti verilməsində qadağanda edilən istisna əvvəl verilən kreditin müddətinin başa çatması və ya borcun yenidən strukturlaşdırılmasıdır. Bundan başqa, gəlirləri və ya bankda depozit hesabları manatla olmayan müştərilər də xarici valyuta ilə kredit ala bilərlər.
Bundan başqa, Palata bir sıra prudensial normalar tətbiq edib. Məqsəd budur ki, müştərinin aylıq kredit xərcləri gəlirin yarısından çox olmasın – gəlirin qalan hissəsi yaşayış minimumunu təmin etməlidir.
Xatırladaq ki, Palatanın tövsiyələri qadağan xarakterlidir və valyua ehtiyatlarının azalmasının və xaricə axmasının qarşısını almağa yönəldilib. 30 aprel üçün AMB-nin valyuta ehtiyatları il ərzində $ 4 mlrd 267,3 azalaraq $4 mlrd 120,6 mln olub. --17D—
-
- İqtisadiyyat
- 11 May 2016 10:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz