![ƏMDK daha bir neçə elektron xidmət tətbiq etməyi planlaşdırır](https://turan.az/resized/./turan-750-500-resize.webp)
ƏMDK daha bir neçə elektron xidmət tətbiq etməyi planlaşdırır
Əmlak Məsələləri Dövlət Komitəsi Nazirlər Kabinetinin müəyyən etdiyi 6 elektron xidmətdən 4-ü təqdim edir. Qurum əhaliyə və fiziki şəxslərə elektron xidmətlərin göstərilməsinə 2012-ci ilin may ayından başlayıb.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti elektron müraciətlə daşınmaz əmlakı obyektlərinin yüklənməsi barədə arayış və təkrar daşınmaz bazar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış təqdim edir. Hansısa səbəbdən ilkin bazar üzrə elektron xidmətlər göstərilmir. ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion mərkəzi müsadirə olunmuş və dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə hərraclarda iştirakla bağlı iddiaçıların müraciətlərini qəbul edir. ƏMDK mərkəzi aparatı dövlət müəssisə və təşkilatlarından əmlakın istifadəsinin qorunması üzrə hesabat formasını qəbul edir. ƏMDK ictimaiyyətə göstərilən elektron xidmətlərin səviyyəsi, onların əyani müraciətlərlərlə nisbəti ilə bağlı məlumat təqdim etmir.
Hökumətin 2011-ci ilin noyabrın 24-də təsdiq etdiyi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlər siyahısına əsasən, ƏMDK həmçinin daşınmaz əmlak obyektlərinə dair kadastr xidmətlərinin göstərilməsi və ünvanlı reyestrdən çıxarışların verilməsi ilə bağlı elektron müraciətlər qəbul etməlidir. Hələlik bu xidmətlər göstərilmir.
ƏMDK-nin mətbu orqanı olan «Mülkiyyət» qəzetində hazırlanan elektron xidmətlərin anonsu verilib. Onlar arasında ipoteka və daşınmaz əmlakın lizinqi ilə bağlı əməliyyatlar, həmçinin avtonəqliyyat vasitələri və avadanlıqların satışına dair hərracların keçirilməsinə dair müracəit və sənədlərin qəbuludur.
Müraciətlərin və sənədlərin qəbulu ilə bağlı hazırki reqlament səhmdar cəmiyyətlərinin, kiçik müəssisələrin səhmlərinin, tamamlanmamış tikililərin və torpaq sahələrinin satışına dair hərracların təşkilinə imkan verir. Ancaq ƏMDK bu istiqamətdə hər hansı addım atmır. ƏMDK-nin mətbuat xidmətindən Turan-a verilən məlumatda deyilir ki, bu «proqram təminatı ilə bağlı bir sıra məsələlərin həllini» tələb edir və bu, il ərzində mümkün olmayacaq.
Bir sıra vətəndaşlar qeyd edir ki, hərracların keçirilməsində manipulyasiyalara yol verilir. İddiaçılara satışda iştiraka dair ərizə forması təqdim edilmir. Ona görə bu satışların 100%-i rəqabətsiz mühitdə keçirilir və obyektlər və səhmlər start qiymətə satılır. 08B
-
- Siyasət
- 27 Fevral 2013 14:56
-
- İqtisadiyyat
- 27 Fevral 2013 15:39
İqtisadiyyat
-
İqtisadiyyat Nazirliyində yerli istehsalın stimullaşdırılması və ixrac potensialının genişləndirilməsi yollarının araşdırılması məqsədilə iyulun 26-da qeyri-neft sənayesi sahibkarları ilə görüş keçirilib.
-
Azərbaycanın internet provayderləri “Aztelekom” və “Baktelekom” avqustun 15-də qiymət strukturunda böyük dəyişikliklər edəcək. Yeni tariflərə əsasən, minimum internet sürəti 100 Mbit/s-dək artacaq, Mbit/s-nin qiyməti 0,45 AZN-dən 0,25 AZN-ə enəcək. Müvafiq olaraq, ödəniş 100 Mbit/s üçün 25 AZN, 150 Mbit/s üçün 30 AZN, 250 Mbit/s üçün 36 AZN-ə uyğunlaşdırılacaq.
-
Müstəqil ekspertlər Azərbaycanın ticarət dövriyyəsinin və ödəniş profisitinin azalması səbəbindən öz valyutası manatın növbəti devalvasiyası ərəfəsində ola biləcəyini ehtimal edirlər. Gözlənilən iqtisadi düzəlişlər valyuta axınının azalması və neft hasilatının azalması fonunda baş verir.
-
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Somalinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Əhməd Moallim Figi ilə görüşüb. Bu görüş, əvvəlki gün Figi ilə Azərbaycanın İqtisadiyyat Naziri Mikail Cabbarov arasında keçirilmiş müzakirələrdən sonra baş tutub.
Rəy yaz