Əmək bazarı güclənir və cavanlaşır
Bu ilin aprelin 1-ə olan vəziyyətə Azərbaycanda 2 mln 427 min 089 adamın fərdi sosial sığorta hesabı var. Bu o deməkdir ki, yanvar-mart aylarında 161 min 15 işçi üçün fərdi hesablar açılıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Turana verilən məlumata görə, orta hesabla hər rübdə 80 min adam üçün hesab açılır, fərdi hesabların sahiblərinin iki dəfə artması yeni işçilər ortalığa çıxaran Vergilər Nazirliyi ilə əməkdaşlıqla şərtləndirilib.
İcbari sığortaya görə yeni ödəyicilərin böyük hissəsi kişilərdir. Əgər ötən ilin sonuna fərdi hesab sahibləri arasında onların xüsusi çəkisi 56,3% təşkil edirdisə, indi 57,9% təşkil edir, qalan 42,1% qadınlardır. Yaş qrupunda da dəyişiklik baş verib. İşləyən vətəndaşların heyəti cavanlaşıb, əksəriyyətinin – 23,6%-nin yaşı 30-dan 40-a qədərdir. Yaşı 30-a qədər olanlar 22,9%, 40-dan 50-ə qədər olanlar (əvvəllər onlar çoxluq təşkil edirdi) - 22,8%, yaxış 60-dan yuxarı olanlar – 9,9%.
Azərbaycanda pensiya sistemi islahatı 2006-cı ilin yanvarın 1-də keçirilib. Nəticə olaraq DSMF sosial sığortanın fərdi qeydiyyatını tətbiq edir. Yəni sosial ödəniş edən hər bir şəxsin fərdi hesabı var və orada pensiyaya çıxarkən pensiyanın sığorta hissəsini artırmağa imkan verəcək məbləğ toplanır. Azərbaycanda pensiya pensiya baza (93,5 manat) və sığorta hissəsindən ibarətdir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz