Əmək Nazirliyindən həqarət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı olaraq, 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərib. Dövlət bu işlərə 21,4 min manat xərcləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıya hücumu zamanı 130-dan çox insan qətlə yetirilib, 600-dən çox insan yaralanıb.
İndiyədək 400-dən çox qadın, qoca və uşağın taleyi məlum deyil. --17D—
-
- İqtisadiyyat
- 19 Yanvar 2015 14:52
-
- Cəmiyyət
- 19 Yanvar 2015 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz