Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ixtisassız əcnəbi işçilərdən imtina edəcək
Azərbaycan ixtisassız əcnəbi işçilərdən imtina etmək niyyətindədir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünən hökumətin iclasında çıxışında deyib ki, ixtisassız xarici işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının sərtləşdirilməsi barədə təkliflər hazırlanıb.
Onun sözlərinə görə, yanvar-iyulda Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olub. Bu, ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub.
«2014-cü il 24 dekabr tarixli Fərmana uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”, deyə nazir bildirib. --17D—
-
- İqtisadiyyat
- 14 İyul 2015 19:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz