Əmlak Komitəsi 25 səhmdar cəmiyyətini özəlləşməyə çıxarıb
Əmlak Məslələri Dövlət Komitəsi növbəti hərraclar elan edib.
Turan-ın məlumatına görə, Bu dəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb.
Bu səhmdar cəmiyyətləri aqrar, sənaye, tikinti, nəqliyyat və xidmət sahələrini əhatə edir.
Kiçik dövlət müəssisələri və obyektləri Sabunçu, Xəzər, Qaradağ rayonlarında yerləşir. Eləcə də Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə bir sıra obyektlər özəlləşdirməyə çıxarılıb.
Maraqlıdır ki, kiçik dövlət müəssisələri və obyektləri arasında əsasən mağaza və çayxanalar var.
ƏMDK-də qeyd ediblər ki, hərrac prezident İlham Əliyevin 19 iyul 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən həyata keçirilir. 75D
-
- İqtisadiyyat
- 22 Avqust 2016 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz