Mərkəzi Bank depozit hərracında 20 mln manat az vəsait toplayıb
22 avqust 2016-cı il tarixində Mərkəzi Bank növbəti depozit hərracında 30 mln manat cəlb edib, - deyə AMB məlumat verir.
Turan-ın məlumatına görə, 30mln manat 28 günlüyə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil edib.
Qeyd edək ki, AMB hərracda 50 mln manat cəlb etməyi planlaşdırmışdı.
Bu, sayca doqquzuncu depozit hərracıdır. AMB belə hərracları 2016-cı ilin iyunundan təşkil edilir.
Beynəlxalq praktikaya əsasən, depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. Hərraclar zamanı AMB kommersiya banklarının depozitlərini yerləşdirmək üçün qəbul edir. 76D
-
- İqtisadiyyat
- 22 Avqust 2016 16:11
-
- Sual-cavab
- 22 Avqust 2016 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz