Əsas kapitala investisiyalar 19% artıb
Bu ilin 9 ayında Azərbaycanda əsas kapitala investisiyalar 11,8 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 19% çoxdur, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Bunun onun 71,5 faizi daxili mənbələr hesabına təmin edilib. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,7 faizini təşkil edib. İnvestisiyaların 49,4%-i məhsul istehsalına sərf edilib.
İlin əvvəlindən 1 478 min min kvadrat metr olan yeni yaşayış evləri, 526 çarpayılıq xəstəxana, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, 997 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilib.
İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatına investisiya həcmi 18,4 mlrd manat olacaq. Bu, cari ildəkindən 2,9% çoxdur. Qeyri-neft sektoruna investisiyalar 68,5% olacaq. İnvestisiya portfelində dövlət sektorunun payı 9,7 mlrd təşkil edəcək. Qeyri-dövlət investisiyalarının xüsusi çəkisi 47,5% proqnozlaşdırılır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz