Əsas kapitala investisiyalar 26,8% artıb
Bu ilin doqquz ayı ərzində Azərbaycanda əsas kapitala 11,1 mlrd manat vəsait investisiya qoyulub, bu da 2011-ci ilin müqayisə olunan dövründən 26,8% çoxdur. Bununla bərabər vəsaitlərin təxminən 61%-i tikinti-quraşdırma işlərində istifadə edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft sektoruna yatırımların tempi (8 260 mln. manat) investisiyaların ümumi artım tempini 3,5 faiz punktu qabaqlayır.
Maliyyələşmə mənbələrinin strukturunda daxili investisiyaların xüsusi çəkisi (8,8 mlrd. manat) 79%-a çatır. Bu zaman daxili investisiyalar 30,4% artıb. Yalnız dövlət büdcəsində investisiya layihələrinin reallaşdırılmasına 4 863,6 mln. manat yönəldilib. Ümumilikdə bu il dövlət büdcəsində infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması və s. maliyyələşdirilməsinə dövlət büdcəsindən 6 mlrd. manatdan artıq pul ayrılması planlaşdırılır.
DSK-nin məlumatına görə, ilin əvvəlindən ölkədə ümumi sahəsi 1 337,1 min kv. m yaşayış evi istismara verilib. 08D
-
- Cəmiyyət
- 16 Noyabr 2012 15:07
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz