Azərbaycanda işsizlik 0,1% azalıb
Dövlət Statistika Komitəsinin rəsmi rəyinə görə, Azərbaycanda məşğul əhalinin sayı noyabrın 1-i üçün 4 421,5 mln nəfər olub. Bu ilin II rübünün statistik araşdırmalarının nəticələri ilə müqayisədə ölkədə məşğul insanların sayı 37,4 min nəfər artıb.
DSK-da Turan-a deyiblər ki, bu il noyabrın əvvəli üçün ölkədə 243,8 min işsiz olub. Bu, əmək qabiliyyətli əhalinin 5,2%-dir. Son dörd ayda ölkədə işsizlik 0,1% azalıb.
Qeyd etmək lazımdır ki, dövlət strukturları işə götürənlərlə fərdi əmək müqaviləsi bağlanmasının təmin edilməsinə ciddi şəkildə girişib. Vergilər Nazirliyinin məlumatına görə, bu ilin aprelindən vergi xidməti əməkdaşları 53 min işəgötürəndə 174 min fiziki şəxsi leqallaşdırıb. Bu il daha 30 min nəfər iş yerlərini Əmək və Əhalinin Sosial Müdafiəsi məşğulluq xidməti leqallaşdırıb. 08B
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 15:24
-
- Cəmiyyət
- 16 Noyabr 2012 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz