Expressbank-ın depozit portfeli dörddə bir azalıb
2013-cü ilin yanvar-martında "Expressbank" ASC-nin aktivləri 6,1% azalaraq 235,57 mln manat olub. Verilən kredit həcmi 14,2% artaraq 118,99 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 148,89 mln-dan 131,09 mln manata azalıb. Depozit portfeli 25% azalaraq 102,19 mln manat, müddətli müştəri əmanətləri 10% artaraq 31,21 mln manat olub.
Balans kapitalı 2,7% artaraq 104,48 mln manata, məcmu kapital 2,4% artaraq 102,11 mln manata çatıb. Ödənilmiş nizamnamə fondu 87,41 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri və xərcləri 7,38 mln manat, xərcləri 5,13 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 2,25 mln manat təşkil edib. --15B--
-
- İqtisadiyyat
- 3 May 2013 15:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz