Expressbank-ın müddətli əmanətləri 20,4% artıb
"Expressbank" ASC 2013-cü ilin I yarısında vergi ödəniləndən sonra 5,16 mln manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% azdır. Bankın gəlirləri 15,64 mln manat, xərcləri 9,78 mln manat olub. Onlar 1% və 14% artıb.
Yanvar-iyunda aktivlər 8,5% azalaraq 229,65 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 42,2% artaraq 148,04 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 148,89 mln-dan 108,13 mln manata azalıb. Depozit portfeli 36% azalaraq 87,22 mln manat, müddətli müştəri əmanətləri 20,4% artaraq 34,24 mln manat olub.
Balans kapitalı 121,51 mln manat, məcmu kapital 19,6% artaraq 119,15 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 16,3% artaraq 101,71 mln manata çatıb. --15B--
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:03
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz